2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən seçkinin keçirilməsinə 35.1 milyon manat vəsait ayrılacaq.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55.7% azdır.
Xatırladaq ki, Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkisi təyin edilib.