Azərbaycanda xəstəxanaya yeni direktor TƏYİN OLUNDU

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Oxu.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, bundan əvvəl tibb müəssisəsinin direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More