AZAL-ın 21 illik əməkdaşı: “Çox istərdim ki, Hökuməyə “Milli Qəhrəman” adı verilsin”

“Hökumə deyib-gülən biri idi. Məni hər görəndə kefimi soruşardı, “dayı, necəsiniz?” deyərdi. Fərq qoymadan hər kəsə hörmət bəsləyirdi. Ölümə getdiyini bildiyi halda hamını sakitləşdirirdi. O videoya baxanda, Hökumənin sözlərini eşidəndə xeyli ağladım, içim yandı, çox pis oldum. Çox istərdim ki, ona “Milli Qəhrəman” adı verilsin”.

Oxu.Az xəbər verir ki, bu sözləri Aktau şəhərində qəzaya uğrayan “Embraer” təyyarəsində həlak olmuş bələdçi Hökumə Əliyevanı tanıyan və AZAL-da 21 ildir dülgər işləyən Əli Mahmudov deyib.

O, sözlərinə belə davam edib:

“Son uçuşları idi, ona vəzifə vermişdilər. Qismət olmadı. Allah rəhmət eləsin”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More