AZAL-ın qəzaya uğrayan təyyarəsinin istehsalçısı olan “Embraer” şirkətinin nümayəndələri Braziliyadan Aktau şəhərinə gediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təhqiqat komissiyası aviasiya hadisəsi yerində növbəti işləri planlaşdırıb.
Yeri gəlmişkən, yaxın günlərdə CENIPA-nın (Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) gəlişi gözlənilir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.