Türkiyənin “Fənərbağça” komandası yeddi futbolçusu ilə yollarını ayıracaq.
Oxu.Az xəbər verir ki, İstanbul klubu qış transfer dövründə Sərdar Aziz, Samet Akaydın, Levent Mercan, Cengiz Ündər, Bartuğ Elmaz, Burak Kapacak və Allan Sen-Maksimen ilə vidalaşacaq. Əvəzində komanda 4 yeni oyunçunu heyətinə cəlb edəcək.
“Fənərbağça” daha əvvəl İrfan Can Kahveci ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.