İlham Əliyev gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bununla bağlı President.az məlumat yayıb.

Qanuna görə, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.4% çox), xərclərinin isə 41 milyard 407.6 milyon manat (4.2% çox) olacağı gözlənilir.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərman da imzalayıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More