İlk dəfə Günəşə “toxunan” NASA zondu Yerlə əlaqə saxladı

Günəşə maksimal yaxın məsafəyə qədər uçan “Parker Solar Probe” kosmik aparatı Yerlə əlaqə saxlayıb.

Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 24-də zond təxminən 690 min km/saat sürətlə uçaraq Günəşə 6.12 milyon km-lik rekord dərəcədə yaxın məsafəyə çatıb. O zaman alimlər kosmik gəmi ilə əlaqəni itiriblər. Lakin iki gün sonra, dekabrın 26-na keçən gecə onlar “Parker Solar Probe”dan siqnal alıblar ki, bu da zondun normal işlədiyi deməkdir.

“Kosmik aparatın yanvarın 1-də Yerə öz statusu ilə bağlı ətraflı telemetriya məlumatlarını göndərəcəyi gözlənilir”, – deyə məlumatda bildirilir.

NASA-nın mətbuat xidmətindən qeyd edilib ki, bu tədqiqat alimlərə Günəş küləyinin mənşəyini izləməyə və maddənin milyonlarla dərəcəyə qədər necə qızdığını, hissəciklərin isə işıq sürətinə yaxın sürətə necə çatdığını anlamağa kömək edəcək.

Xatırladaq ki, zond 2018-ci ildə Günəş haqqında biliklərin təkmilləşdirilməsi, həmçinin Yerdəki həyata təsir göstərə biləcək kosmik hava hadisələrinin proqnozlaşdırılması üçün yeddiillik missiya çərçivəsində buraxılıb. Bütün bu illər ərzində o, nəhayət ki, mümkün olan ən yaxın məsafəyə çatmaq üçün Günəşə yaxınlaşmağa davam edib.

Nəticədə kosmik aparat ilk dəfə olaraq Günəş atmosferinin yuxarı təbəqələrinə – temperaturun 1-2 milyon dərəcə Selsiyə çatdığı Günəş tacı adlanan hissəsinə daxil ola bilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More