İngiltərə Premyer Liqası: “Arsenal” autsayderlə qarşılaşacaq

Bu gecə İngiltərə Premyer Liqasında XVIII tura iki görüşlə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, əsas görüşdə “Arsenal” doğma meydanda autsayder “İpsviç”i qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

Gecənin digər oyununda isə “Brayton” “Brentford”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, turun digər vacib oyunlarında “Mançester Yunayted” “Vulverhempton”a 0:2, “Çelsi” “Fulhem”ə 1:2, “Tottenhem” “Nottingem”ə 0:1 hesabı ilə məğlub olub. “Mançester Siti” isə “Everton”la görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More