İsrailin “El Al” aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti “Kanal 9″a məlumat verib.
“Rusiya hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq, “El Al” Tel-Əviv-Moskva marşrutu üzrə bütün uçuşları gələn həftəyədək dayandırır”, – bəyanatda deyilir.
Bildirilir ki, gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək və uçuşların bərpası ilə bağlı qərar veriləcək. Sərnişinlərə qısa zamanda məlumat veriləcək.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.