Kosmosdan Milad “sürprizi”: NASA “kosmik yeni il ağacı”nın görüntüsünü təqdim etdi

Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad ağacına bənzəyən və “kosmik şam” adlanan ulduz topasının yeni fotosu yayılıb.

Oxu.Az-ın verdiyi məlumata görə, kadrları ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) təqdim edib.

Bildirilir ki, “kosmik şamda”kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.

Qeyd edilir ki, Yerdən 2,5 min işıq ili məsafədə yerləşən “Milad ağacı”nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More