Lənkəranda qadın dəm qazından boğularaq ölüb

Lənkəranda qadın dəm qazından boğularaq ölüb.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə, dəm qazından boğulub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More