“Li Auto” insanabənzər robotlar istehsal edəcək

Azərbaycan avtomobil həvəskarları arasında populyar olan “LiXiang” şirkəti (Li Auto) insanabənzər robotlar istehsal edəcək.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Li Syan deyib.

Lakin onun sözlərinə görə, sadəcə bu işin vaxtı hələ çatmayıb. Şirkət rəhbərinin qeyd etdiyi kimi, ilk növbədə bir sıra daha aktual problemlər həll edilməlidir – məsələn, tam hüquqlu avtonom idarəetmənin mənimsənilməsi.

Onun fikrincə, yüksək səviyyəli özünüidarəetmə funksiyalarına malik avtomobillər də bir növ robotdur və onların inkişafı androidlərin istehsalına keçməzdən əvvəl məntiqi nəticəyə çatdırılmalıdır. Əks halda, insanabənzə robotların yalnız məhdud imkanları olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More