Norveçdə avtobus gölə düşüb: Ölənlər var

Norveçdə avtobus yoldan çıxaraq gölə düşüb, nəticədə üç nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə yerli NRK telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə ölkənin şimal-qərbində qeydə alınıb. Qəza nəticəsində ümumilikdə 58 nəfər xəsarət alıb.

Avtobusda ən azı səkkiz əcnəbinin olduğu bildirilir. Hadisə yerinə xilasedicilər göndərilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More