Norveçlilər batan gəmidəki rusiyalı dənizçiləri xilasdan imtina ediblər

Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisi Aralıq dənizində batan “Ursa Major” gəmisindəki rusiyalı dənizçilərini xilas etməkdən boyun qaçırıblar.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə gəminin sahibi olan “Oboronlogistika” şirkəti xəbər yayıb.

“Rusiyalı dənizçilərin olduğu qayıq yaxınlıqdakı “Oslo Carrier 3″ə doğru hərəkət edib. Kritik vəziyyətə baxmayaraq, norveçlilər hansısa qadağaya istinad edərək kömək göstərməkdən imtina ediblər”, – deyə Mətbuat Xidmətinin məlumatında deyilir.

Şirkət bildirib ki, bununla norveçlilər 1989-cu il Beynəlxalq Xilasetmə Konvensiyasını pozublar. Konvensiyada kapitanın “öz gəmisini və gəmidəki şəxsləri ciddi təhlükəyə məruz qoymadan, dənizdə həyatı təhlükə altında olan hər hansı şəxsə kömək göstərmək” öhdəliyi qeyd olunur.

Nəticədə “Ursa Major”un heyəti ispan dənizçiləri tərəfindən xilas edilib. Rusiyalılar olan qayığa “Salvamar Drago” gəmisi yaxınlaşıb və onları göyərtəyə götürüb.

Xatırladaq ki, dekabrın 23-də Rusiyanın “Ursa Major” ticarət gəmisi İspaniyanın Mursiya şəhəri və Əlcəzairin Oran şəhəri arasında Aralıq dənizinin beynəlxalq sularında batıb. Rusiya bayrağı altında olan gəmi dekabrın 11-də Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də Vladivostoka çatmalı idi. Qəza mühərrik şöbəsində baş verən partlayış nəticəsində baş verib. Hadisə nəticəsində heyətin iki üzvü itkin düşüb, digər 14 dənizçi xilas edilərək İspaniyanın Kartaxena limanına təxliyə edilib. Heyətin bütün üzvləri Rusiya vətəndaşları olublar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More