Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

Milli Məclis ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələri üçüncü – son oxunuşda təsdiqləyib

Oxu.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə 150 manat məbləğində cərimə ediləcək.

Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə 200 manat məbləğində cərimə ediləcək.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More