Pakistan ordusu antiterror əməliyyatı keçirib

Pakistan ordusu Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi üç antiterror əməliyyatı zamanı azı 13 silahlını məhv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun Xidmətlərarası İctimai Əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan rayonlarını ekstremistlərdən təmizləmək üçün bir sıra tədbirlər həyata keçirib. Onların hədəfi qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” kimi tanınıb) silahlıları olub.

Qarşıdurmalar zamanı 13 terrorçu öldürülüb, 16-sı yaralanıb. İdarənin məlumatına görə, əməliyyat zamanı bir əsgər həlak olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More