“Rosaviasiya” rəhbəri Aktaudakı təyyarə qəzasını ilk dəfə şərh etdi

“Azərbaycan Hava Yolları”nın “Embraer-190″ təyyarəsinin eniş cəhdi zamanı Qroznı hava limanında qatı duman olub və gəmi kapitanı təyyarəni endirmək üçün iki uğursuz cəhd edib”.

Oxu.Az-ın məlumata görə, bu barədə “Rosaviasiya” (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) rəhbəri Dmitri Yadrov özünün sosial şəbəkə hesabından bildirib.

Onun sözlərinə görə, həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura hücumlar edib. Bununla əlaqədar Qroznı hava limanı rayonunda “Kovyor” (“Xalça”) planı tətbiq edilib.

“Qroznı hava limanı rayonunda qatı duman var idi. 500 metr hündürlükdə görüntü olmayıb”, – deyə o bildirib.

Yadrov qeyd edib ki, Qroznıda təyyarəni endirmək üçün cəhdlər uğursuz olduğundan “Embraer”in kapitanı Aktauya uçmaq qərarına gəlib.

O, həmçinin bildirib ki, Rusiya Qazaxıstan və Azərbaycana “Azerbaijan Airlines” şirkətinin təyyarəsinin qəzaya uğramasının araşdırılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More