Rusiya və Azərbaycan təyyarə qəzası ilə bağlı Qazaxıstandakı istintaqda iştirak etmir

Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstanda istintaq araşdırmaları aparmır.

Oxu.Az Lada.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

“Bu gün Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim istintaq-əməliyyat qrupumuzun üzvü deyillər və istintaq hərəkətləri həyata keçirmirlər”, – Ordabayev bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri Qazaxıstana gəliblər, lakin respublika qanunvericiliyinə uyğun olaraq cinayət təhqiqatında iştirak edə bilməzlər. Onlara istintaqla bağlı olmayan işlərdə iştirak etməyə icazə verilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More