Abşeron rayonunda dekabrın 25-də Aktau (Qazaxıstan) yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan bort bələdçisi Hökumə Əliyevanın xatirəsi ehtiramla yad edilir.
Oxu.Az xəbər verir ki, qohumları, qonşuları və yerli sakinlər mərhumun xatirəsini ehtiramla yad edir, xatirə şəklinin önünə gül dəstələri düzürlər.
Ölümcül təhlükə qarşısında o, inanılmaz cəsarət və fədakarlıq nümayiş etdirərək qorxmuş sərnişinləri sona qədər sakitləşdirdi.
Əlavə edək ki, Məmmədli kəndindəki “Göyqurşağı” yaşayış kompleksində mərhum bort bələdçisinin xatirəsinə memorial quraşdırılıb.
AZAL aviaşirkəti də, həmçinin mərhumun evinə əklil göndərərək başsağlığı verib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Rufina Abdullayeva