Təyyarə qəzasında həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün DNT analizləri götürülüb

“Qazaxıstanda olan nəşlərin gətirilməsi aparılan araşdırmalara bağlıdır”.

Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Mustafayev bu gün mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, araşdırmalar yekunlaşdıqdan sonra nəşlərin Azərbaycana gətirilməsi həyata keçiriləcək.

“Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb. Hazırda proses davam etdiyi üçün əlavə məlumat verə bilməyəcəyəm”, – deyə nazir bildirib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən “Embraer 190” təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More