Təyyarə qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ necədir?

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralananların 14 nəfəri ötən gün “Yeni Klinika”ya yerləşdirilib.

Bununla bağlı Oxu.Az-a “Yeni Klinika”dan məlumat verilib.

“Onlardan birinin vəziyyəti ağır stabil olaraq dəyərləndirilir və reanimasiya şəraitində müalicəsi davam edir. Digərlərinin müalicələri isə stasionar şəraitdə davam edir. Vəziyyətləri orta ağır və qənaətbəxş, kafi olaraq dəyərləndirilir. Ümumi durumları stabildir, bütün lazımi müdaxilələr olunur. Gün ərzində yeni məlumat veriləcək”, – məlumatda bildirib.

Xatırladaq ki, dekabrın 26-da “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən “Embraer 190” təyyarəsi Aktau şəhərinə qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More