“The Washington Post” İrandan qaçan məşhur rejissorun filmini “kinematoqrafik nokaut” adlandırdı

“Məşhur iranlı kinorejissor Məhəmməd Rəsulovun çəkdiyi “Müqəddəs əncir toxumu” filmi kinematoqrafik “nokaut”dur”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “The Washington Post” qəzetində dərc olunan məqalədə bildirilib.

Müəllif filmin İran hökumətinin qəddarlığının ironik mövcudluğunu təsəvvür etdiyinə diqqət çəkib və Məhəmməd Rəsulovun belə bir şəraitdə yaşadığını vurğulayıb.

Nəşrdə qeyd edilib ki, film hazırlandıqdan sonra Rəsulov İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq”da günlandırılaraq şallaq və səkkiz il həbs cəzasına məhkum edilib, ancaq o, əlində olan az vaxtda İrandan qaçıb və hazırda Almaniyada yaşayır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More