“Tullantıları İdarəetmə Mərkəzi”nin direktoru dəyişdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə yeni direktor təyin edilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, Hüseyn Həsənovdur.

O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib.

Xatırladaq ki, “Tullantıları İdarəetmə Mərkəzi” 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə “Təhlükəli Tullantılar” adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını dəyişərək “Tullantıları İdarəetmə Mərkəzi” olub.

Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More