Xoş təsirli acı şokolad: Xərçəngə qarşı yeni silah

Elm adamları tünd şokolad həvəskarları üçün sevindirici xəbər veriblər: yeni araşdırmaya görə, bu şirniyyatın gündəlik istehlakı ağız boşluğu xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çinin Quansi Tibb Universitetinin alimlərinin araşdırmaları nəticəsində məlum olub.

Bildirilir ki, tədqiqat zamanı 10 mindən çox könüllünün qida vərdişləri öyrənilib.

“Tünd şokoladın qoruyucu xüsusiyyətlərinin sirri kakaoda olan kimyəvi maddələrdədir. Bu birləşmələr ağız boşluğunda bədxassəli şişlərin əmələ gəlməsini dayandıra bilir”.

Maraqlıdır ki, alimlər istehlak edilən şokoladın dəqiq miqdarını ölçməyiblər, yalnız onun tədqiqat iştirakçılarının pəhrizinin daimi hissəsi olub-olmadığını nəzərə alıblar. Bu o deməkdir ki, hətta müntəzəm olaraq kiçik porsiya tünd şokolad sağlamlığa müsbət təsir göstərə bilər.

Tədqiqatçılar təkcə şokoladın deyil, şirin bibərin də xərçəngə qarşı oxşar təsirə malik olduğunu aşkar ediblər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More