Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlanıb

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb.

Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi altı kiloqram heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Qeyd edək ki, cari il ərzində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More