Yeniyetmə qız qonaq getdiyi evdə bədbəxt hadisə nəticəsində öldü

Cəlilabadda 14 yaşlı yeniyetmə yelləncəkdə oynayarkən ip boğazına dolaşıb.

Oxu.Az APA-a istinadla xəbər verir ki, bədbəxt hadisə rayonunun Uzuntəpə kəndində baş verib.

Kazımabad kənd sakini olan 14 yaşlı qız yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More