“Araz-Naxçıvan” klubu baş məşqçisi ilə yolları ayırıb

“Araz-Naxçıvan” futzal klubu müvəqqəti baş məşqçi, serbiyalı Predraq Rayiçlə yolları ayırıb.

Oxu.Az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

O, yeni baş məşqçinin əcnəbi olacağını vurğulayıb:

“Predraq Rayiçlə yolları rəsmən ayırdıq. Son iki oyuna komandanı Ağakərim Həsənov müvəqqəti baş məşqçi kimi çıxardı. Yeni, əcnəbi baş məşqçi dəvət ediləcək. Hazırda MDB ölkəsindən olan bir mütəxəssislə danışıqlar aparırıq. Hələ ki, yekun qərar yoxdur”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncüdür.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More