Səkkiz yaşlı Adəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası İmran Ələsgərov məlumat verib.
O bildirib ki, övladı autizm sindromundan əziyyət çəkir:
“Adəmin səkkiz yaşı var, o, autizm sindromundan əziyyət çəkir. Biz onun problemini iki yaşında bilmişik və o gündən də müalicə edirik. Amma Adəmin vəziyyəti günü-gündən pisləşir. Özünə xəsarət yetirməyə, döyməyə başlayıb. Biz Türkiyədə bir həkimlə danışmışıq, onlar Adəmi ora aparmağımızı və müalicə etməyimizi tövsiyə edirlər. Bizim oradakı müayinələrdən keçmək üçün ümumilikdə 6 000 manata ehtiyacımız var. Həmin məbləğin 4 200 manatını toplaya bilsək də, hazırda 1 800 manatımız çatmır.
İmran Ələsgərov ailədə tək çalışdığını deyib:
“Mənim Adəmdən başqa bir qız övladım da var. Atam əlildir, bacım isə şizofreniya xəstəliyindən əziyyət çəkir. Onların bütün yükü mənim üzərimdədir. Üç xəstə adama baxmaq, müalicələrini çatdırmaq tək adam üçün, inanın, çox çətindir. Yoldaşım onlara baxır deyə işləyə bilmir, tək mən işləyirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 481-18-61.
Leo Bank: 4098 5844 6836 9663.