Azərbaycan banklarının bayram günlərində iş qrafiki açıqlanıb

30 dekabr 2024 – 5 yanvar 2025-ci tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, üç bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən ikisi 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More