Azərbaycan vəkilləri peşə bayramını qeyd edirlər

Bu gün Azərbaycanın hüquq sistemində mühüm rol oynayan vəkillərin peşə bayramıdır.

Oxu.Az xatırladır ki, ilk dəfə olaraq prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Vəkil günü” peşə bayramı təsis edilib və hər il bu tarixdə vəkillər öz peşə bayramlarını qeyd edirlər. Bu tarixin əhəmiyyəti isə ondan ibarətdir ki, “Vəkil günü” ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul edilən 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır. Onu da qeyd edək ki, 3 noyabr 2004-cü ildə keçirilən təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilib.

Təbii ki, bu sahəyə ayrılan diqqət və göstərilən qayğı hüquqi sahənin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, vəkillərin hüquqi müstəvidəki böyük rolunu və vəzifələrini təbliğ edir. Həmçinin, bu gün, vəkillərin hüquqlarının qorunması və hüquqi yardımın cəmiyyət üçün əhəmiyyəti barədə maarifləndirmə işinin aparılması məqsədi daşıyır. Onlar vətəndaşların hüquqlarını müdafiə etmək, mülki, cinayət və inzibati sahələrdə onların maraqlarını təmin etmək üçün vacib işlər görürlər. Vəkillər məhkəmə proseslərində tərəflərin hüquqlarını müdafiə etməklə yanaşı, hüquq sisteminin şəffaf və ədalətli işləməsinə də töhfə verirlər ki, bu da cəmiyyətin bərabərhüquqlu və ədalətli idarəçilik prinsiplərinə əsaslanması baxımından xüsusi önəm daşıyır.

Bir sözlə, vəkillərə ayrılan diqqət yalnız hüquq sahəsinin inkişafı üçün deyil, həm də vətəndaşların hüquqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Hər bir hüquqşünasın vəzifəsi yalnız müştərilərinə xidmət göstərmək deyil, həm də ədalətli və şəffaf bir hüquq sisteminin qurulmasına dəstək olmaqdır. Bu səbəbdən, bu günün qeyd edilməsi, Azərbaycan hüquq sisteminin və cəmiyyətinin inkişafına önəmli töhfələr verir.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More