Fransalı xizəkçi 125 km/saat sürətlə qoruyucu divara çırpıldı

Dağ xizəyi üzrə dünya kubokunun İtaliyanın Bormio şəhərində keçirilən mərhələsi xoşagəlməz hadisə ilə nəticələnib.

Oxu.Az “Bild” nəşrinə istinadən xəbər verir ki, fransalı xizəkçi Sipriyen Sarrazin məşq yürüşü zamanı qəzaya uğrayıb.

O, saatda 125 km sürətlə hərəkət edərkən müvazinətini itirərək qoruyucu divara çırpılıb. İdmançı helikopterlə yaxınlıqdakı hospitala təxliyə olunub.

30 yaşlı idmançıda beyindaxili qançır aşkarlanıb. Reanimasiyaya yerləşdirilən fransalı əməliyyat olunacaq.

Qeyd edək ki, Sipriyen karyerası ərzində dünya kubokunda 5 dəfə mərhələ qalibi olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More