Gün ərzində 1-2 dəqiqə intensiv fiziki məşq infarkt ehtimalını 33% azaldır

Gündəlik qısamüddətli fiziki aktivliyi həyat tərzinə çevirən qadınlar, ümumiyyətlə fiziki fəaliyyətlə məşğul olmayanlardan fərqli olaraq ürək problemləri riskini 45 faizə qədər azaldırlar.

Oxu.Az xəbər verir ki, bu barədə “British Journal of Sports Medicine” jurnalında dərc edilən məqalədə qeyd olunur.

Alimlər 40-69 yaş arası 22 mindən çox insanı əhatə edən araşdırma aparıblar.

Məlum olub ki, gündə ən az 3-4 dəqiqə fiziki hərəkətlərə vaxt sərf edən qadınlarda ürək xəstəliyi riski əhəmiyyətli dərəcədə az olur.

“Hətta gündə 1-2 dəqiqə güclü hərəkət infarkt ehtimalını 33% azaldır”, – deyə mütəxəssis qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More