Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli bölgəsi) yaxınlığında 4.2 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzinin saytında bildirilib.
Tbilisi vaxtı ilə (Bakı vaxtı ilə üst-üstə düşür – red.) saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 km dərinlikdə, Soğulotlo kəndindən 2 km məsafədə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Məlumatda o da bildirilir ki, Ermənistanın Şirak vilayətinin Gümrü şəhəri, Bavra, Kazançı, Aşotsk, Musaelyan kəndlərində, həmçinin Lori vilayətinin Taşir, Stepanavan və Sarçapet, Mixaylovka və Metsavan şəhərlərində 3 bal gücünə qədər təkanlar hiss edilib.