“Hökumə ilə savadına, dünyagörüşünə, səmimiyyətinə görə həmişə fəxr etmişik. Onun arzuları böyük idi. İnanıram ki, dövlətimiz onları həyata keçirəcək”.
Bunu təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın qohumu onunla bağlı Baku TV-yə danışarkən deyib.
“Hökumənin nəşinin bu gün Bakıya gətiriləcəyi deyilir. Yəqin ki, sabah dəfn olunacaq”, – deyə o, jurnalistlərin sualını cavablandırarkən söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində: