İranda hicaba görə polis tərəfindən güllələnən Arzu Bədri iflic vəziyyətdə qalıb

“İranda polisin açdığı atəş nəticəsində yaralanan ərdəbilli Arzu Bədrinin onurğa sütunu ciddi zədələnib”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə tanınmış iranlı jurnalist və qadın hüquqları fəalı Məsih Əlinejad özünün sosial şəbəkə hesabından xəbər verib.

O, 30 yaşlı gənc qadının, böyük ehtimalla, gəzə bilməyəcəyini vurğulayıb.

“Arzu xəstəxanadadır, təkcə iflic olması xəbəri ilə deyil, həm də ailəsinin susmasını tələb edən İran hökumətinin təzyiqi ilə üzləşib. Bu hücum sadəcə bir qadına qarşı deyil, məcburi hicab geyinməsi və bir neçə tük üzündən onu təqib edən İslam Respublikasının siyasətinin bir hissəsidir”, – deyə jurnalist qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More