İranın müdafiə naziri: “ABŞ və İsrail Suriyadan sonra növbədə Yəmən və İranın olduğu mesajını verir”

İranın müdafiə naziri Əziz Nəsirzadə ölkədə Silahlı Qüvvələrin silsilə hərbi təlimlərə başlayacağını açıqlayıb.

“ABŞ və İsrail Suriyadan sonra növbənin Yəmən və İrana çatacağı barədə işarələr verir. Biz Suriyada sabitliyin təmin olunmasına kömək edirdik, ancaq indi qarışmırıq. Düşmənin iddia etdiyinin əksinə olaraq müdafiə gücümüz azalmayıb”, – deyə İranın müdafiə naziri vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, İran öz hərbi gücünü artırır və nə olursa olsun, hadisələrin istənilən formada inkişafına hazır olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More