Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir

Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu gələcək planlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu bu barədə bütün zamanların ən yaxşı bombardiri olaraq mükafat aldığı “Globe Soccer Awards” mərasimində danışıb:

“Mən heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox! Bəlkə klub sahibi. Bu məqamdan, düzgün imkanlardan asılı olacaq.

Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma sözlərimi qeyd edin: mən böyük klubun sahibi olacağam”.

Qeyd edək ki, 39 yaşlı portuqaliyalı 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. O, ötən il də bu nominasiyanın qalibi olmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More