Mario Balotellinin yeni komandası bəlli olub

Ən qalmaqallı futbolçulardan biri sayılan Mario Balotelli yenidən klubunu dəyişə bilər.

Oxu.Az xəbər verir ki, italiyalı hücumçunun iki ay əvvəl qoşulduğu “Cenoa”dan ayrılması gözlənilir.

34 yaşlı forvard oktyabrın sonunda azad agent kimi Genuya təmsilçisinə keçib. Lakin Meksika təmsilçisi “Krus Asul”la danışıqlar aparan Marionun artıq qışda Şimali Amerikaya köçməsi mümkündür.

Qeyd edək ki, Balotelli cari mövsümdə A seriyasının 6 oyununda meydana çıxıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More