Polşa Gürcüstan vətəndaşının Azərbaycana ekstradisiyasına razılıq verib

Polşanın hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ülpət Fizuli oğlu Ağacanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.

Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More