Regionlarda işıqforların iş rejimi nəzarətdə saxlanılır

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən regionların inzibati ərazilərində quraşdırılmış işıqforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.

Oxu.az xəbər verir ki, idarənin regional qurumları tərəfindən Ağdam, Tərtər, Bərdə, Xankəndi, Şirvan, Qəbələ, Hacıqabul, Saatlı, Sabirabad və Şamaxıda işıqfor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqforların iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More