Rusiyanın Tver şəhərində bir evdən dörd uşağın meyiti aşkarlanıb.
Oxu.Az xəbər verir ki, məlumatı Tver şəhərinin İstintaq Komitəsinin Mətbuat Xidməti yayıb.
“İstintaq Komitəsinin müstəntiqləri və kriminoloqları Kalinin rayonunda azyaşlıların qətl edilməsi ilə əlaqədar hadisə yerinə yollanıblar. Hadisənin bütün səbəblərinin müəyyən edilməsi istiqamətində iş aparılır”, – deyə İstintaq Komitəsinin “Telegram” kanalında qeyd olunub.