Təyyarə qəzasında həlak olan növbəti 22 nəfərin nəşi bu gün Bakıya gətiriləcək – ÖZƏL

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarədə həyatını itirən növbəti 22 nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

Bu barədə Oxu.Az etibarlı mənbələrdən məlumat əldə edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More