Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri – RƏSMİ

Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.

Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 26-dan etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl” MMC (26 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).

Beləliklə, qiymətlər ayın əvvəli ilə eyni səviyyədə qalıb.

Dekabrın 26-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

“ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.10 manat;

“Anadoluqida” və “AVETA” və “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.15 manat;

“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.20 manat;

“Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Xırman”, “SKY AGRO” MMC-lər, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.05 manat;

“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.60 manat;

“Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;

“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.35 manat;

“Hazartürk LTD”, “Sünbül 2012”, “Taxıl AQRO” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

“NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.60 manat;

“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.70 manat;

“Qarabağ un” MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.80 manat.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More