ABŞ Ukraynaya hərbi yardımı azaldıb

Birləşmiş Ştatlar 2024-cü ildə Ukraynaya yardımın həcmini ötən illə müqayisədə azaldıb.

Oxu.Az-ın məlumatına görə, bu, Pentaqonun hesabatından aydın olub.

Sənədə əsasən, 2024-cü ildə ABŞ-nin Kiyevə hərbi yardımının həcmi təxminən 19.5 milyard dollar təşkil edib. Bu 2023-cü illə müqayisədə azdır – keçən il Ukraynaya yardımının həcmi 24.7 milyard dollar təşkil edib (2022-ci ildə isə 19.875 milyard dollar).

Hesabata görə, yardımın əhəmiyyətli hissəsi Ukraynanın HHM-nin gücləndirilməsinə yönəlib. Belə ki, cari il ərzində Ukrayna Silahlı Qüvvələrinə verilən “NASAMS” və “Patriot” HHM kompleksləri üçün raketlərin həcmi əhəmiyyətli dərəcədə artıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More