Aviaqəzada həlak olan Ramin İbrahimovun cənazəsi ailəsinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Ramin İbrahimovun cənazəsi Bakıda yaxınlarına təhvil verilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, onun cənazəsi Şəmkir rayonu Yuxarı Seyfəli kəndinə yola salınıb.

Hazırda kənddə R.İbrahimovla vida mərasimi üçün hazırlıq işləri görülür.

O, Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More