AZAL-ın vitse-prezidenti: “Günahkarlar tapılacaq və cəzalandırılacaqlar”

“Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri təyyarə qəzasında həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva ilə keçirilən vida mərasimində “Azərbaycan Hava Yollari” qapalı səhmdar cəmiyyətinin vitse-prezidenti İlham Əmirov deyib.

O bildirib ki, bu hadisə, həmçinin Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir:

“Sağ qalan heyət üzvlərinin, sərnişinlərin verdiyi ifadələr və hadisə yerində təyyarənin qalıqlarının tədqiqatı bizə deməyə əsas verir ki, təyyarəyə qeyri-qanuni kənar müdaxilə olunub. Nəticədə, təyyarə güclü şəkildə xəsarət alıb və onun əsas idarəetmə hissələri sıradan çıxıb. “Təyyarənin heyəti həmin vəziyyətdə “qəzaya uğrayıram” siqnalını yerə göndərsə də, yaxınlıqda olan həm Qroznı, həm də Mahaçqala hava limanları bizim təyyarəni qəbul etməyib”.

“Günahkar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə İlham Əmirov qeyd edib.

Xatırladaq ki, vida mərasimi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilir.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More