Bakının mərkəzində təmirdən çıxan küçə YENİDƏN QAZILIR

Bakının mərkəzində yerləşən Mirzəağa Əliyev küçəsində yenidən qazıntı işləri aparılır.

Oxu.Az xəbər verir ki, yolun yeni təmirdən çıxmasına baxmayaraq, velosiped zolağı çəkilən hissədə qazıntı işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yolun qazılma səbəbinin yeni səki salınacağı ilə bağlı olduğunu bildirib.

“M.Əliyev küçəsinin sözügedən hissəsində əvvəldən səki yox idi. Vətəndaşların müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) layihə hazırlayıb. Həmin layihə əsasında yolun səki olmayan, təxminən 300 metrlik hissəsində səki inşa olunacaq. Bununla bağlı hazırlıq işləri görülür. Yəqin ki, bayram günlərindən sonra işlərə başlanılacaq”, – deyə A.Nəcəfli bildirib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More