Cəlilabad Mərkəzi Xəstəxanasında pasiyent həkimi döyüb?

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd edilib”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“22 dekabr saat 19:30-da vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib.

Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib. Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Cəlilabadın Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu iddia edib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More