Cənubu Koreya prezidentinin səlahiyyətlərini icra edən baş nazirin müavini Çxve San Mok “Boeing 737” təyyarəsinin qəzaya uğradığı Muan hava limanına gəlib.
Oxu.Az bu barədə “Newspim” agentliyinə istinadən xəbər verib.
Məlumat uçün əlavə edək ki, bu gün səhər saatlarından Cənubi Koreyada “Boeing 737-800” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 175 sərnişin və altı heyət üzvü olub. Cənubi Koreya rəsmiləri qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin göyərtəsində olan insanların (xilas edilən iki nəfər istisna olunmaqla) hamısının həlak olduğunu bildirib.