Cənubi Koreyada qəzaya uğrayan təyyarənin mühərrikində bir neçə gün əvvəl nasazlıq olub

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan “Boeing 737” təyyarəsinin qəzaya uğramasından bir neçə gün əvvəl mühərrikində nasazlıq baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyə bu barədə hadisə zamanı təyyarənin göyərtəsində olan sərnişinlərdən biri danışıb.

Belə ki, uçuş xeyli gecikmə ilə baş verib, buna səbəb isə təyyarənin mühərrikinin işə düşməməsi olub.

Öz növbəsində, sərnişin stüardessalardan təyyarədə hansı problemin yaşandığını soruşub, lakin ona təyyarədə hər şeyin qaydasında olduğu deyilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More